İran və Çin XİN rəhbərləri atəşkəsi müzakirə ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İran və Çinin xarici işlər nazirləri Əraqçi və Vanq Yi İran və İsrail arasında son atəşkəsdən sonra son regional hadisələri müzakirə ediblər.
Tərəflər Pekin və Tehranın hərtərəfli strateji tərəfdaşlıqlarını inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.
İranlı diplomat İsrailin hücumlarını pislədiyi və ABŞ-ın İranın nüvə infrastrukturuna zərbələrini tənqid etdiyi üçün Çinə minnətdarlığını bildirib.
Vanq Yi öz növbəsində İranın suverenliyinin pozulmasının yolverilməzliyini bir daha vurğulayaraq, Çinin Tehrana qarşı təcavüz aktlarını ardıcıl olaraq pislədiyini vurğulayıb.
O xatırladıb ki, Pekin bu mövqeyini BMT Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə ifadə edib.
Xuraman Etibarlı
İnterpress.az