Seksual zorakılıq Rusiya vətəndaşlığını itirmək üçün əsas ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Dövlət Dumasına qəbul edilmiş vətəndaşlığın ləğvi üçün əsasların siyahısını genişləndirmək üçün qanun layihəsi təqdim edilib.
Siyahıya seksual zorakılıq, terrorizm çağırışları, Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı xarici dövlətlə əməkdaşlıq kimi maddələrin daxil edilməsi təklif edilir.
Xuraman Etibarlı
İnterpress.az