Vitse-spiker: “ Azərbaycan-Türkiyə münasibətləri tarixin ən çətin sınaqlarından uğurla çıxan əlaqələri üzərində qurulub”backend

Vitse-spiker: “ Azərbaycan-Türkiyə münasibətləri tarixin ən çətin sınaqlarından uğurla çıxan əlaqələri üzərində qurulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Türkiyə arasındakı əlaqələr tarixin ən çətin sınaqlarından uğurla çıxan sarsılmaz qardaşlıq münasibətləri qzərində qurulub. Artıq bunu tarix sübut edib. İki qardaş dövlət arasındakı sıx münasibətlərin bir məqamını qeyd etməklə dediklərimə aydınlıq gətirmək istərdim. Hər iki ölkədə ali rəhbər vəzifəyə seçilən şəxslər, bu istər Prezident, istər parlament sədri, istər Xarici İşlər Naziri və digər məsul şəxslər olsun qarşılıqlı olaraq ilk rəsmi səfərlərini Azərbaycana və ya Türkiyəyə edirlər. Milli Məclis sədri Sahibə xanım Qafarava da parlamentə sədr seçildikdən sonra ilk rəsmi xarici səfərini məhz qardaş Türkiyəyə edəcək. Bu bir daha Azərbaycan Türkiyə arasındakı münasibətlərin hansı səviyyədə olduğunun bariz göstəricisidir”.

İnterpress.az xəbər verir ki, bu fikirləri ölkə.az-a müsahibəsində Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin sözlərinə görə, artıq bu qarşılıqlı səfərlər ənənə halını alıb. “Ənənəyə uyğun olaraq Milli Məclis Sədri Sahibə xanım Qafarova sentyabrın 10-dan 12-dək xüsusi proqramla Türkiyədə rəsmi səfərdə olacaq və orada qardaş ölkənin Prezidenti, parlament rəhbərliyi və digər rəsmilərlə ikitərəfli görüşlər keçirəcək. Bu səfər onsuz da sıx olan parlamentlərarası və dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə və inkişaf etməsinə öz töhfəsini verəcək. Bu baxımdan səfərin çox uğurlu olacağına inanıram və əminəm. Səfər parlamentlərarası əməkdaşlıq məsələlərində yeni bir səhifə açacaq”- vitse-spiker Fəzail İbrahimli qeyd edib.

Azərbaycan-Türkiyə münasibətlərinə toxunun vitse-spiker Fəzail İbrahimli bildirib ki, Türkiyə ilə Azərbaycan arasında olan münasibətləri dünyada digər iki ölkə arasındakı münasibətlərlə müqayisə etmək qeyri-mümkündür və belə bir əməkdaşlığın analoqu yoxdur: “Azərbaycanla Türkiyə arasında belə yüksək səviyyədə qurulan münasibətləri zaman kəsiyində qurulan münasibətlər kimi dəyərləndirmək düz olmaz. İki qardaş ölkə arasındakı münasibətlərin çox qədim tarixi var. Elə son yüz ildə Azərbaycanla Türkiyə arasındakı münasibətlərə diqqət yetriməklə dediklərimizə aydınlıq gətirə bilərik. Əgər son yüz ilədki münasibətlərə diqqət yetirsək görərik ki, sanki tarix yenidən təkrarlanır. Amma bu təkrarlanma tamam fərqli formada cərəyan edir. 1918-ci ildə Türkiyə Azərbaycan üçün necə güvənc və güman yeri idisə, 2020-ci ildə də həmin vəziyyətdədir. Ancaq bir az fərqli formada. Çünki 1918-ci ildə tarix Azərbaycan qarşısında məsələni daha kəskin qoymuşdu. Ya Azərbaycan xalqı azadlığına qovuşmalı idi, ya ayrı-ayrı dövlətlər arasında bölüşdürülməli idi. Bunu dərk edib, görən vətənpərvər Zaqafqasiya seyminin azərbaycanlı üzvləri Azərbaycan xalqının azadlığını əsas hədəf seçərək, müstəqil Azərbaycan dövlətinin yaradılmasını elan etdilər. Ancaq məsələ Azərbaycanın müstəqilliyini elan etməklə bitmirdi. O zaman müstəqillik elan edilsə də, nə ordu, nə də digər dövlət strukturları mövcud deyildi.

Digər tərəfdən isə erməni daşnakları və bolşeviklər Azərbaycanda “at oynadırdı”. Şaumyan başda olmaqla erməni daşnakları bolşeviklərlə birləşərək Azərbaycan xalqına qarşı divan tutub, soyqırım siyasətini həyata keçirirdi. Bakıda çox mürəkkəb vəziyyət yaranmışdı. Bir yandan erməni daşnaklar öz məkrli planlaırnı reallaşdırmağa çalışırdı və bunun üçün bolşeviklərdən maksimum faydalanmağa çalışırdı. O biir tərəfdən Bakı Rusiya üçün çox böyük əhəmiyyətli rol oynadığından bolşeviklər buranı ələ keçirməyə çalışırdı. Müstəqilliyini elan edən Azərbaycanın isə heş bir dövlət strukturu, ordusu, gücü, qüvvəsi yox idi.

Bakının Rusiya üçün necə əhəmiyyətli bir şəhər olduğunu Leninin Oktyabr inqilabından sonra dediklərini deməklə Bakının Rusiya üçün nə qədər həyati əhəmiyyət daşıyan bir şəhər olduğunu görərik. Lenin çıxışında deyir: “Bolşeviklər qələbə çaldı. İndi dövləti idarə etməliyik. Dövləti idarə etmək üçünsə güclü iqtisadiyyat qurulmalıdır. İqtisadiyyatın ən əsas amili neftdir və bu neft də Bakıdadır. Ona görə də Bakını ələ keçirmək son dərəcə vacibdir”.
Bax belə bir mürəkkəb məqamda Türk-Qafqaz İslam Ordusu Azərbaycana dəvət olunur və Nuru Paşanının rəhbərliyi ilə ordu Azərbaycana gəlir. Məhz Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz Ordusu Bakı daxil olmaqla Azərbaycanı erməni daşnak və bolşeviklərdən azad etdi. Məhz bundan sonra Azərbaycanın paytaxtı Gəncədən Bakıya köçürülməsi mümkün oldu. Əgər o zaman Nuru Paşanın rəhbərlik etdiyi ordu Bakını erməni daşnak və bolşeviklərdən azad etməsəydi, bu gün Bakı Dərbəndin taleyini yaşayacaqdı. Odur ki, Nuru Paşanın rəhbərlik etdiyi ordu Azərbaycanı işğaldan xilas etdi və bir dövlət kimi formalaşmasında müstəsna rol oynadı. Bax Türkiyə və Azərbaycan arasındakı əlaqələrinin səciyyəvi cəhətlərindən biri budur”.

F.İbrahimli onu da əlavə edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etsə də imperiya ambisiyalı güclərin Azərbaycanı hələ də öz ərazisi hesab edirlər və ona görə də ən müxtəlif oyunlara əl atırlar: “Yenə də əsas amil neft amilidir. Baxın, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siaysəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması və Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin çəkilməsi zamanı yenə də ciddi narahatçılıq keçirən qüvvələr həmin imperiya ambisiyalı qüvvələr oldu. Tarixi Böyük İpək Yolunun bərpası zamanıda bu layihənin reallaşmasını təvşilə qarşıladılar. Bütün maneçiliklərə baxmayaraq Azərbaycan öz hədəflərinə doğru irəliləyir və inkişaf edir. Bu inkişafdan narahatçılıq keçirən həmin qüvvələr hər vasitə ilə bunun qarşısını almağa çalışır. Bu məqsədlə də Ermənistan adlı forpost bir əldəqayırma bir dövlət yaradıblar. Hansı ki, bu ölkənin ordusu da, iqtisadiyyatı da başqa bir ölkənin əlindədir. Siyasəti də başqa bir ölkə tərəfindən yönləndirilir. Hətta hakimiyyətə hansı siyasi qüvvə gələcəksə belə, onu xarici qüvvələr müəyyən edir. Ermənistanın cərcənəg vəziyyətində qalan, hamını aldadan, özünü həm Rusiyanı, həm ABŞ-ın, həm Avropanı özünə dostu kimi qələmə verən bu günkü Paşinyan hakimiyyəti də xarici qüvvələr tərəfindən hakimiyyətə gətirilib.
Elə həmim imperiyapərəst qüvvələr Azərbaycanda öz niyyətlərini həyata keçirmək üçün Dağlıq Qarabağ kimi münaqişəni yaradaraq Azərbaycanın başı üzərində bir “Domokl qılıncı” kimi asıblar. Həmin imperiyapəst qüvvələr Qafqazda öz niyyətlərini həyata keçirmək üçün forpost Ermənistandan istifadə edirlər. 2020-ci ilin iyulun 12-də Tovuz istiqamətində baş verən hadisələr bunun bariz nümunəsidir.

Odur ki, Tovuz hadisələrini 1918-ci ildə baş verən hadisələrlə müəyyən oxşar cəhətləri var. Çünki Ermənistan havadarlarının vasitəsi ilə Azərbaycana öz niyyətlərini diqtə etdirmək istəyirdilər. Düzdür, Azərbaycan düşmənin istənilən həmləsinə cavab vermək gücündədir və biz şahidi olduq. Amma belə bir mürəkkəb məkrli planın qarşısının zamanında alınmasında yenə də Türkiyə qardaş ölkə kimi Azərbaycanın yanında yer alaraq, bu çoxməqsədli hiyləgər oyunun ifşa olunmasında öz qardaş dəstəyini əsirgəmədi.Türkiyə tərəfi Tovuz hadisələrinin mahiyyətini yaxşı bildiyindən birmənalı şəkildə Azərbaycan ən yüksək səviyyədə dəstək verərək, yanında oldu. Türkiyə bununla dünyaya və Ermənistanın havadarlaırna mesaj verdi ki, Azərbaycan məsələsi həm də bizim məsələdir və sonadək dəstəkləyəcəyik.Orada hər hansı təxribatın reallaşmasına imkan verməyəcəyik”.

Vitse-spiker bildirib ki, Tovuz hadisələri zamanı Paşinyan qarşısına müəyyən hədəflər qoysa da, hədəflərinin heç birinə nail olmadan ifşa olundu: “ Birincisi, Paşinyan Tovuz hadisələrindən daxili siyasətdə istifadə edib, xalq qazanamaq istəyirdi. Ancaq bu niyyəti baş tutmadı.

İkincisi, xarici siyasətdə istifadə edib, üçüncü qüvvələri prosesə cəlb etmək istəyirdi. Paşinyan Tovuz hadisələrindən istifadə etməklə xüsusən Rusiyanı, KTMT-ni Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Paşinyan da bu niyyətinə nail ola bilmədi və biabırcısına ifşa olundu. Təbii ki, Ermənistanı bu təxribata sövq edən imperiyapərəst qüvvələr də olub. Ona görə də həmin qüvvələr Tovuz hadisələri ərəfəsində Ermənistana tonlarla silah-sursat göndərib. Türkiyə bu prosesin arxasında nə dayandığını yaxşı bildiyindən açıq bəyan etdi ki, Azərbaycan bizim qardaşımızdır və biz sonadək qardaşımızın arxasında duracağıq. Məhz Türkiyənin səyi nəticəsində Tovuz hadisələrinin arxasında dayanan hədəflərin qarşısı alındı. Odur ki, Türkiyənin səyi nəticəsində Tovuz hadisələrində eyni zamanda imperiyapərəst qüvvələr də xəyal qırıqlığına uğradılar. Niyyətləri pozuldu. Başa düşdülər ki, bu çox böyük qlobala bir toqquşmaya gətirib çıxara bilər. Nəticədə geri çəkilməli oldular. O baxımdan qeyd etmək istərdim ki,bu gün iki ölkə arasında münasibətlər tarixi köklərə əsaslanaraq qarşılıqlı səmimi etimad və inam əsasında qurulub. Əminəm ki, Azərbaycan Türkiyə münasibətlərinin dərinləşməsi Qarabağ münaqişəsinin həllində önəmli rol oynayacaq”.

 

İnterpress.az