Xankəndi-Laçın yolunda aksiyanın 11-ci günün nəticələri – ŞƏRHbackend

Xankəndi-Laçın yolunda aksiyanın 11-ci günün nəticələri – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qondarma rejimi idarə edən rəhbərliyin mühüm bir hissəsi 11 gündür İrəvanda qalıb. Bu, açığı çox unikal prosesdir”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Əziz Əlibəyli bildirib.

O söyləyib ki, Azərbaycan konkret olaraq öz ərazisinə terrorçuları buraxmaya bilərmiş:
– Maraqlıdır ki, üç hakimiyyət deputatı İrəvandan bölgəyə təftişə gəliblərmiş, ruslar geri qaytarıblar ki, yolu bağıamışıq (yəni ruslar).
– Rusiyanın BMT-dəki nümayəndəsi deyib ki, bölgə yolu yarımaçıqdır – hanı iddia edilən humanitar fəlakət?
– İlk dəfə sülhməramlı kolon maşını etirazçılar tərəfindən geri qaytarılıb, sadəcə içərisinə baxmağa çalışıblar. Onlar da buna imkan verməmək üçün geriyə qayıdıb.
– Qondarma rejim öz yerində – Er-an hakimiyyəti Laçın yoluna getmək üçün müəyyən format axtarırlar, amma tapa bilmirlər.
– Ruslar ermənilərə bildirib ki, yol Şuşaya doğru azərbaycanlılar tərəfindən bağlanıb, ora getsəniz, mülki əhali ilə münaqişəyə girməli olacaqsınız, bunu Er-nda heç kim istəmir.
– Bəs, aksiya fonunda prosesi BMT tribunasına daşıyan Er-an qondarma rejimin tanınmasını niyə həyata keçirmir və ya bacarmır? Maraqlıdır ki, Yalnız Fransa və İrlandiyadan bu istiqamətdə ermənilərə ciddi dəstək vardı, lakin digər ölkələr üçün mənasız prosesdir”.