İŞİD-ə silah göndərildiyini iddia edən media qrupuna basqın – VİDEObackend

İŞİD-ə silah göndərildiyini iddia edən media qrupuna basqın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntepress.az xəbər verir ki, polis Koza İpək Holdinqin Ankaradakı mərkəzində axtarış aparıb. Bundan başqa holdinqə aid 23 şirkətdə də axtarış aparılır. Holdinqin idarə heyətinin rəhbəri Akın İpəyin isə xaricə getdiyi bildirilir.

“Bugün” qəzetinin yayın direktoru Erhan Başyurt media qrupuna polis basqını barədə xəbərlərə sosial media vasitəsilə cavab verib. Bildirib ki, polisin əməliyyatı “susdurmaq və gözdağı vermək” məqsədi daşıyır.

Erhan Başyurt əməliyyatın İŞİD-ə silah göndərilməsi barədə faktları ortaya çıxarılan gün başlamasını təsadüf hesab etməyib: “Yazıqlar olsun! İŞİD-ə silah göndərildiyini ortaya çıxartdığımız gün media və qrupumuza basqın edildi”.


İnterpress.az