Noyabrın 19-23-də Bakıda Azərbaycan və İsrail arasında Turizm üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək.
İnterpress.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbirin keçiriləcəyi yerdə mədəniyyəti əks etdirən musiqili proqram təşkil ediləcək. Görüş çərçivəsində xarici qonaqlar üçün Bakı-Abşeron və Bakı-Quba turları təşkil ediləcək.