Ermənilər delimitasiyaya mane olmaq üçün Ermənistanın Əskiparadakı mövqelərinə GİRDİLƏR – VİDEObackend

Ermənilər delimitasiyaya mane olmaq üçün Ermənistanın Əskiparadakı mövqelərinə GİRDİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tavuşda ermənilər Azərbaycanla delimitasiyaya başlamamaq üçün Ermənistan silahlı qüvvələrinin Əskipara yaxınlığındakı mövqelərinə qaçırlar.

İnterpress.az xəbər verir ki, bu barədə görüntülər ermeni seqmentində yayılıb.

Məlumata görə, ötən gün etirazçılar tərəfindən qarşısı alınan minalardan təmizləmə işlərinə rayonda yenidən başlanılıb.

Ermənilər bunun qarşısını almaq üçün Ermənistan silahlı qüvvələrinin Əskipara yaxınlığındakı mövqelərinə tərəf qaçıblar.

Qeyd edək ki, Tavuş rayonunun Bağanis vəƏskipara kəndlərinin sakinləri İrəvanla Tbilisini birləşdirən magistral yolu bağlayıblar.

Daha sonra onlar hakimiyyətin tələblərini yerinə yetirənə qədər nümayişləri davam etdirəcəklərini vəd edərək magistral yolu kəsiblər.

Xuraman Etibarlı

İnterpress.az