“Şeffild Yunayted” klubu İngiltərə Premyer Liqasında antirekorda imza atıb.
İnterpress.az xəbər verir ki, komanda cari mövsüm qapısında 92-ci qolu görməklə sona 4 tur qalmış ən pis göstəriciyə malikdir.
Əvvəlki antirekord 2007/2008 mövsümünə təsadüf edir. Həmin vaxt “Derbi” klubu 38 turdan ibarət çempionatda 89 qol buraxıb.
42 turdan ibarət 1993/1994 mövsümündə isə “Suindon Taun” 100 qolluq antirekordun sahibidir.
Qeyd edək ki, “Şeffild Yunayted” 34 oyundan sonra 16 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.