Zinəddin Zidan “Bavariya”nı çalışdıra bilərbackend

Zinəddin Zidan “Bavariya”nı çalışdıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı mütəxəssis Zinəddin Zidan Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi ola bilər.

İnterpress.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Real”ın sabiq baş məşqçisi 2024/2025 mövsümündən etibarən yeni komandasına rəhbərlik edəcək.

Müqavilə şərtlərində müəyyən çatışmazlıqlar olduğu üçün rəsmi anlaşma hələ ki, imzalanmayıb.

Qeyd edək ki, “Bavariya”nın hazırkı çalışdırıcısı Tomas Tuxel mövsümün sonunda klubdan ayrılacaq.