Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblarbackend

Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə canavarlar fərdi təsərrüfata hücum ediblər.

İnterpress.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında qeydə alınıb.

Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıblar.

Qeyd edək ki, hadisə ilə bağlı əraziyə rayon baytarlıq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb ediliblər. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıblar.