İnterpress.az xəbər verir ki, mütəxəssislər qadınların qızıl dövrünü araşdırıb.
Mütəxəssislərin fikrincə, qadın 20 yaşlarında mütləq cinsi həyat yaşamalıdır. Evliliklər adətən bu yaşlara təsadüf etdiyindən cinci həyat qaçılmazdır. Əgər cinsi həyatlarında hər şey normal davam etməzsə, bu, gələcəkdə bir sıra xəstəliklərə, o cümlədən psixoloji problemlərə səbəb ola bilər.
30 yaşlarında qadın cinsi həyatının qızıl dövrünü yaşayır. Bu yaşlarda cinsi həyat çox dinamikdir. Ancaq ailədə uşaqlar varsa, bu, cütlüyün cinsi həyatında müəyyən dövrdə “qapanmalara” səbəb ola bilər. Çünki qadın hamilə qalmağı planlaşdırırsa buna həm fiziki, həm də ruhi baxımdan hazır olmalıdır. Hamiləlik zamanı baş verən hormonal dəyişiklik cinsi həyata mənfi təsir göstərir. Doğuşdan sonra isə qadınlarda bəzən depresiya halları müşahidə olunur. Uşağın əmizdirilməsi dönəmində qadınlarda prolaktin hormonu artır və bu istəksizliyə səbəb olur. Əmizdirmə dönəmi bitdikdən sonra hər şey əvvəlki qaydasına düşür.
40 yaşlı qadınlar daha təcrübəli olurlar. Bu da psixoloji baxımdan həzzi artırır. Ancaq eyni sözü kişilər barədə demək mümkün deyil. Bu yaşlarda olan kişilər təşviş içində olur, aqresivləşir, yaxud özlərinə qapanırlar. Bu dönəmdə kişilərdə yüksək təzyiq, psixoloji problemlər, siqaret, içki kişilərin cinsi həyatına mənfi təsir göstərir.
50 yaşlarında qadınların cinsi istəkləri bütünlüklə yox olmaz. Kişilərdə isə testesteron hormonu azalır.
İnterpress.az