Yalnız bir qulaqlıqdan istifadə eşitmə itkisinə səbəb ola bilər.
İnterpress.az xəbər verir ki, bununla bağlı həkimlər xəbərdarlıq edib.
İnsanın eşitmə sistemi stereo səs üçün nəzərdə tutulub, yəni səs yalnız bir qulağa yönəldikdə yüklənmə qeyri-təbii olur.
Bu isə qulaqlarda küy (zəng səsi) və eşitmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
Digər qulaq da zamanla daha pis eşitməyə başlayır, çünki eşitmə sistemi zəif olan qulağa uyğunlaşır, onu kompensasiya etmir.
Əgər siz yenə də bir qulaqlıqdan istifadə edirsinizsə, həkimlər səs səviyyəsini fon səsinə yaxın saxlamağı və qulaqlara fasilə verməyi məsləhət görürlər.

Xuraman Etibarlı
İnterpress.az






