Fransa mətbuatında erməni senzurasıbackend

Fransa mətbuatında erməni senzurası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənənəvi olaraq media orqanları vasitəsilə manipulyasiya etməyə və dezinformasiyalar yaymağa müvəffəq olan ermənilər və ermənipərəst qüvvələr bu dəfə çətinliyə düşüblər. Azərbaycan həqiqətləri və xüsusilə, Dağlıq Qarabağ hadisələri haqqında Fransa cəmiyyətində getdikcə daha çox yer alan obyektiv məlumatlar Fransada yaşayan erməni diasporunu rahatsız etməyə başlayıb. Fransa televiziya kanallarında və mətbuatında regiondakı reallıqları düzgün əks etdirən və Azərbaycanın mövqeyini dəstəkləyən hər hansı bir məlumat dərhal ermənilər tərəfindən etirazla qarşılanır.

Bu günlərdə Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini mətbuatda açıqlamaq istəyən fransalı politoloq Didye Şodenin kiçik həcmli məqalələri bir çox redaksiyalarda işləyən erməni jurnalistlər tərəfindən əsl senzuraya məruz qalıb və onun məqalələrini yaymaqdan imtina ediblər.

Nəhayət, söz azadlığı prinsiplərinə sadiqlik nümayiş etdirərək cənab Şodenin məqalələrini öz səhifələrində yerləşdirmiş «Reforme» analitik xəbər portalı isə çoxsaylı ermənilər tərəfindən amansız təhdidlərə məruz qalıb. İş o yerə çatıb ki, redaksiya rəhbərliyi müəllifdən üzr istəyərək məqalələri öz saytından çıxarmaq istəyib. Lakin müəllif Didye Şodenin təkidli xahişlərindən sonra redaksiya onun məqalələrini öz saytında saxlamaq qərarına gəlib.

Bu barədə Modern.az saytına məlumat verən Milli Məclisin üzvü, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Cavanşir Feyziyev həmin məqalələrin tərcüməsini təqdim edib və aşağıda həmin məqalələrin mətnini oxucularımıza təqdim edirik.

P.S. fransız və ingilis dillərini bilən oxucularımızdan [email protected][email protected] ünvanlarına yazmaqla məqalələrdə ifadə olunan fikirlərə münasibətini və müəllif Didye Şode-yə ( Mr Didier Chaudet ) öz təşəkkürlərini bildirməyi xahiş edirik.

***
İpək Yolu üzərində geopolitika

13 aprel 2016-cı il

Müəllif: Didye Şode (Didier Chaudet)

Dağlıq Qarabağdakı təhlükələr

Aprelin 1-dən 2-nə keçən gecədən bəri Azərbaycan ilə onun ermənilər tərəfindən işğal olunmuş ərazilərindəki de – facto sərhəddə silahlı toqquşmalar getdikcə artmaqdadır.

Hər iki tətəfdən düşmən tərəfin əsgərləri arasındakı itkilər barədə yetərincə böyük rəqəmlər səsləndirildi (ən azı yüz nəfər olduğu deyilir və şübhəsiz ki, rəqəmlər şişirdilir). Çox iri silahlardan – tanklardan, ağır artilleriyadan istifadə edildi. Aprelin 5-də Moskvada atəşkəs barədə qərar qəbul edilsə də, azərbaycanlılar və ermənilər bir-birini bu atəşkəsə əməl etməməkdə günhalandırırlar. Yəni ön mövqelərdə bir qığılcımın partlayışa çevrilməsi riski çox realdır. Bu baş verəcəyi halda biz təəcüblənməməliyik.

2014-cü ildən bəri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmaların sayının artdığı təsdiq edilmişdir. Həm də narahatedici bir hal müşahidə olunur: toqquşmalar zamanı tərəflər hücum xarakterli daha ağır silahlardan istifadə etməyə cəhd edirlər.

1994-cü il mayın 16-da Ermənistanla əldə edilmiş atəşkəsdən sonra azərbaycanlılar öz ərazilərinin beşdən birinin itirilməsini qəbul etməli olmuşdular. Bundan başqa, Bakı Ermənistandan qovulmuş 250 000 qaçqını və müharibə gedən əraziləri tərk etməyə məcbur olmuş 603 300 – 700 000 arası məcburi köçkünü ölkənin digər ərazilərində yerləşdirməli olmuşdur. Yəni Dağlıq Qarabağ və üstəlik ona bitişik yeddi rayonun əhalisi. Bu ölkənin ümumi əhalisinin sayının 9,5 milyon olduğunu nəzərə alsaq, bu sayda qaçqın və köçkünün Bakı üçün yaratdığı siyasi yükü təsəvvür edə bilərik. Qısası, azərbaycanlılar üçün Dağlıq Qarabağ böyük Elzas-Lotaringiyadır: status – quo-nun qəbul edilməsi mümkünsüzdür. Çünki keçmişdə müharibədən geniş yararlanaraq imkanlar əldə etmiş erməni millətçilərinə sülh, barışıq sərf etmir.

Sonuncular bir şeyi anlamırlar ki, regionda hərbi güc tarazlığı dəyişmişdir. Özünün enerji ehtiyatları hesabına Azərbaycan bu gün öz ordusunu ermənilərə nisbətən daha güclü hala gətirmişdir. Bakı müharibə istəmir, amma status- quo-nu da qəbul edə bilmir. Deyəsən, ermənilərin keçmişdə qazandığı nailiyyətlər onların gözlərini tutub və onlar reallığı görə bilmirlər. Münaqişənin sülh yolu ilə həlli yolunu tapmağa kömək etməli olan Minsk Qrupu isə (Rusiya, Fransa, ABŞ) yenicə donu açılmış münaqişənin həlli üçün, deyəsən, orijinal bir yol tapa bilmir…

***

İpək Yolu üzərində geopolitika

16 aprel 2016-cı il

Müəllif: Didye Şode (Didier Chaudet)

Dağlıq Qarabağ: Rusların məsuliyyəti varmı?

Ötən dəfə ermənilərlə azərbaycanlılar arasındakı Dağlıq Qarabağ ilə bağlı durumu xatırlatmışdıq. Hazırkı gərginliklərə görə Rusiyanın məsuliyyət daşıdığını düşünmək olarmı?

Əlbəttə, primitiv russofobiyaya qapılmağa gərək yoxdur. Aprelin 7-də Baş Nazir Medvedyevin Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsi üçün Rusiyanın vasitəçilik etməyə hazır olduğunu söyləməsi , hər şeydən öncə, münaqişənin həlli üçün cəhdlər göstərən üç böyük güc sırasında Fransa və ABŞ-a nisbətən Rusiyadan gözləntilərin daha böyük olması ilə bağlıdır. Keçmiş müstəmləkəçi kimi onun onun tarixi əlaqələri və orada adamları var.

Dağlıq Qarabağ dosyesi həm də ruslar üçün, bu məsələdə zaman-zaman aktivləşərək Qərb ilə münasibətlərdə xoşməramlılıq nümayiş etdirmək imkanıdır. Axı, bir məsələ var ki, biz hamımız o barədə razılığa gəlirik: Cənubi Qafqazda yeni müharibə narahatlıq doğuran qeyri-sabitlik mənbəyi ola bilər. Avropa üçün bu onun qapıları ağzında baş verən ikinci qeyri-stabil region deməkdir. Ruisya üçün isə bu onun cənub sərhədlərində yerşləən və daim Moskvaya qarşı qiyamçı ruhunu qoruyan Şimalı Qafqaza çox yaxın olan qeyri-sabitlik ocağının yaranması deməkdir.

Eyni zamanda rusofobiyaya qapılmamaq, kor olmaq və uzun illərdən bəri Rusiyanın hiyləgərliklərini görməmək anlamına gəlməməlidir. Moskva regiondakı öz təsirini qorumaq üçün ermənilər və azərbaycanlılar arasındakı düşmənçilikdən yaralanır. Kreml Rusiyanın rəğbətini qazanmağa çalışan Bakıya çox yaxşı məbləğə silahlar satır. Və eyni zamanda azərbaycanlılar düşünür ki, ermənilər onlara qalib gələ bilmək üçün son dərəcə güclü silahlar əldə edirlər…

Əlbəttə Rusiyanın Ermənistana və Dağlıq Qarabağa yardımı da təmənnasız deyil. 5000 rus əsgəri və o cümlədən, yüksək səviyyəli müasir hücum silahları (hücum helikopterləri, qırıcı təyyarələr və s.) Ermənistanda yerləşdirilmişdir. 2015-ci ildə Yerevan Rusiya ilə Azərbaycana, Gürcüstana və həmçinin Türkiyəyə qarşı hücum niyyəti ilə istifadə edilə biləcək regional havadan müdafiə sisteminin qurulması ilə bağlı saziş imzalamışdır. Şübhəsiz, ruslar Cənubi Qafqazda sülh olmasını istəyirlər. Amma həm də regionda öz təsirini qoruyub saxlamağı daha çox istəyirlər. (trend.az)

İnterpress.az[b][/b]