Qırğızıstan prezidenti Tacikistana GƏLDİ – VİDEObackend

Qırğızıstan prezidenti Tacikistana GƏLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan prezidenti Sadır Japarov Tacikistana dövlət səfərinə gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb.

Onu Düşənbə hava limanında Tacikistan prezidenti Emoməli Rəhmon şəxsən qarşılayıb.

Səfər çərçivəsində prezident Emoməli Rəhmonla ikitərəfli danışıqlar, həmçinin parlamentin iki palatasının spikerləri və ölkənin baş naziri ilə görüşlər nəzərdə tutulub.

Qırğızıstan və Tacikistan dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, həmçinin bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, səfər çərçivəsində Qırğızıstan-Tacikistan iqtisadi və investisiya forumu keçiriləcək.

Qırğızıstan 13,1% artımla Rusiyanı (1,4%), Qazaxıstanı (5,6%), Belarusu (3,1%) və Ermənistanı (5,2%) qabaqlayaraq, 2025-ci ilin birinci rübündə iqtisadi artımda Aİİ lideri olub.

Xuraman Etibarlı

İnterpress.az