Mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri arasında intellektual yarış keçirilib – FOTOLARbackend

Mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri arasında intellektual yarış keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media nümayəndələri üçün “Mediada rəqabət” mövzusunda intellektual yarış keçirilib.

İnterpress.az xəbər verir ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbirdə 40-a yaxın media nümayəndəsi iştirak edib.

Agentliyin fəaliyyət istiqamətlərinə dair nəzəri və praktiki biliklərin artırılması, müvafiq sahələr üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə media təmsilçiləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Üç mərhələdən ibarət yarış qiymət intizamı, malın dəyişdirilməsi və qaytarılması qaydaları, haqsız rəqabət, reklam qanunvericiliyi, texniki tənzimləmə, standartlar, uyğunluğun qiymətləndirilməsi, hökmran mövqe və digər əlaqəli mövzularda yazılı və vizual tapşırıqları əhatə edib.

Tədbirin gedişatında agentlik nümayəndələrindən ibarət ekspert qrupu tərəfindən iştirakçıların fəallığı və bilik səviyyəsi qiymətləndirilib, mövzular üzrə əlavə izahlar verilib.