İsrail ordusu Hizbullahın elit “Radvan” xüsusi təyinatlı birliyinin üzvünü öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə IDF sözçüsü məlumat verib.
Məlumata görə, İsrail ordusu Livanın cənubundakı Deyr Kifah bölgəsində Hizbullahın elit “Radvan” xüsusi təyinatlı birliyinin üzvü Əli Əbd əl-Həssan Haydari vuraraq öldürüb.
O, mülki İsrail vətəndaşlarına və İDF əsgərlərinə qarşı çoxsaylı terror aktları həyata keçirib, “Qalileyin fəthi” planı üzərində işləyib.
Son aylarda Haydar Livanın cənubundakı Hizbullah obyektlərinin yenidən qurulması səylərində iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az