Pəhriz – bəlkə pisixoloji pozğunluq?backend

Pəhriz – bəlkə pisixoloji pozğunluq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər artıq öz narahatlıqlarını gizlətmirlər: insanlar sağlam qidalanma ideyası ilə çox maraqlanırlar. Bir tərəfdən, məhz həkimlər düzgün qidalanan və sağlam həyat tərzi üçün əhəmiyyətli addımlar atan insanları alqışlamalıdırlar. Lakin sağlam qidanı düzgün vaxtda yemək məqsədi patoloji xarakter alıb.

Belə insanlara həkimlər “ortoreksiya ”diaqnozu müəyyən edib. Sinir ortoreksiyası yeməyə səbirsizlik diaqnozu olan bulimiya və qidadan tam imtina diaqnozu olan anoreksiya arasında öz yerini alıb. Əlbəttə ki, insanların riayət etməli olduqları və bu zaman aclıqdan əziyyət çəkməyəcəkləri ümumi qaydalar var. Müəyyən kalori və maye miqdarı normalarını indi hər yerdə tapmaq olar. Lakin əsl ortoreksiya diaqnozlu insanın düzgün qidalanma haqqında öz təsəvvürləri var.

Həkim-dietoloq Yelena Solomatina hesab edir ki, bu təsəvvür və qanunların mənbəyi tez-tez heç kimə aydın olmayan nəşrlər və jurnallar olur: “Əslində, sağlam qidalanma marağının artması müsbət haldır. İnsanlar düşünməyə başladı, çoxlu məqalə və informasiyalar yarandı. Ümumiyyətlə, insanlar öz sağlamlıqlarının qidalanmadan asılı olduğunu anlamağa başladılar. Lakin digər tərəfdən, yalan məlumatlar da yayıldı. Bu mövzunun aktual olduğu üçün çoxsaylı saxta ekspertlər dərk etmədən və ya qəsdən fiziologiyanın ümumi mənzərəsinə heç uyğun gəlməyən fikirlərini bildirirlər, kitab və araşdırmalar yazırlar. Elə alınır ki, insanların çoxu, tam məlumatın vacibliyinə baxmayaraq, hazır reseptlər gözləyir.

Çox az insan öz biliklərindən istifadə edərək bu informasiyanı emal etçəyə çalışır və ya normal mütəxəssisə müraciət edir”. Nəticədə, bir insan qırmızı məhsullardan imtina edərək öz rasionunu yaşıl meyvə-tərəvəzlə doldurur, digəri — ət və süd məhsullarından imtina edir. Üçüncü – ekoloji təmiz məhsullar tapmaq üçün mağazaları gəzir, dördüncü – yalnız isti yeməklər yeyir, beşinci – yeməyini gün ərzində 10 porsiyaya bölür. Sıranı artırmaq olar. Lakin ən əsası – insanlar bunu dietoloqlarla məsləhətləşəndən sonra deyil, dəb, dost məsləhətləri və müxtəlif məqalələr əsasında edirlər.

Və elə alınır ki, bu xoş niyyətlər heç də düzgün olmur, — tibb elmləri doktoru Mixail Qinzburq deyir: “Əvvəl düzgün qidalanma səhhəti yaxşılaşdırmaq və sağlamlığı möhkəmlətmək üçün nəzərdə tutulur. Amma bir müddət sonra biz sağlamlığımızın möhkəmlənmədiyini görürük. Görürük ki, sağlamlıq əsas məqsəddən uzaqlaşıb, normalara riayət isə əsas məqsədə çevrilib. Məsələn, yaşamağa mane olsa da, bir şəxs saat altıdan sonra yeməmək qaydasına riayət edir. Bu ona axşam dostlarla görüşməyə, özünü yaxşı hiss etməyə və yatmağa mane olaraq müxtəlif narahatlıqlara gətirib çıxarır.

Bütün bunlar sağlamlığa aparmır, həyat səviyyəsi də artmır. Lakin insan artıq qərar verdiyini üçün bu qaydalara riayət etməyə davam edir. Nəyə görə qərar verib? Psixiatrlarda buna cavab var. Burada orta psixoloji faydalar əmələ gəlir. İnsan hər hansı bir qaydalara əməl edəndə, o, daha məqsədyönlü olur və onun mənliyi yüksəlir”. Burada zərər çəkməyənlər isə, bu növ metodikaların müəllifləri olur. Onlar trendi hiss etmiş və onun sayəsində çoxlu pul qazanmağa hazır olan təşəbbüskar insanlardır. Ekspertlər, eləcə də, ortoreksiya və gidər psixoloji pozğunluqlar arasındakı əlaqəni qeyd edirlər. Kimi diqqətli məhsul seçimi ilə gələcək qarşısında qorxusunu boğmağa, kimi isə, — öz iradə gücünü özünə sübut etmək üçün çalışır.

İnterpress.az