İnterpress.az \”F1News.ru\” saytına istinadla xəbər verir ki, görüşə sənaye naziri Brayan Mikkelson, texnologiyalar və inkişaf üzrə mütəxəssis Helqe Sander və Saxo Bankın keçmiş sahibi Lars Seyer Kristensen dəvət olunub.
Söhbət keçmiş Formula-1 pilotu Yan Maqnussenin təşəbbüs qrupuna daxil olduğu və çəkilməsində iştirak etdiyi Kopenhagenin tarixi mərkəzindəki 4,5 kilometrlik yol xəttindən gedir. Yerli mətbuat görüləcək işlərin büdcəsini 40-65 milyon avro məbləğində dəyərləndirir.
Bununla bağlı qərar fevralın 1-dək qəbul ediləcək və müsbət nəticə əldə olunduğu halda Danimarka Qran-prisi 2020-ci ilin təqviminə daxil edilə bilər.
Togrul Allahverdili
İnterpress.az