Messi son ev oyununda göz yaşlarını saxlaya bilməyib.
Interpress.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Argentina millisinin hücumçusu Lionel Mesi Venesuela ilə oyundan əvvəl göz yaşlarını saxlaya bilməyib. Bu qarşılaşma onun milli komandadakı son ev oyunu ola bilər.
Messi hələ milli komandadakı karyerasını bitirdiyini açıqlamayıb. Lakin əvvəlcədən bildirib ki, Buenos-Ayresdə Venesuela ilə oyun onun dünya çempionatının seçmə mərhələsindəki son ev matçı olacaq.
Argentina artıq Cənubi Amerika seçmə qrupunda birinci yeri təmin edib.
2026-cı il dünya çempionatı ilk dəfə ABŞ, Meksika və Kanadada birgə keçiriləcək.
Xuraman Etibarlı
Interpress.az