Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çempionat 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunacaq.
Azərbaycan Stolüstü Tennis Federasiyasından İnterpress.az-a bildiriblər ki, çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edəcək. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcələri üzrə yarışlarda Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların tennisçiləri mübarizə aparacaqlar.
İnterpress.az
Toğrul Allahverdiyev