Danimarka F-1 Qran-prisi 2020-ci ildə keçirilə bilərbackend

Danimarka F-1 Qran-prisi 2020-ci ildə keçirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”F1News.ru\” saytına istinadla xəbər verir ki, görüşə sənaye naziri Brayan Mikkelson, texnologiyalar və inkişaf üzrə mütəxəssis Helqe Sander və Saxo Bankın keçmiş sahibi Lars Seyer Kristensen dəvət olunub.

Söhbət keçmiş Formula-1 pilotu Yan Maqnussenin təşəbbüs qrupuna daxil olduğu və çəkilməsində iştirak etdiyi Kopenhagenin tarixi mərkəzindəki 4,5 kilometrlik yol xəttindən gedir. Yerli mətbuat görüləcək işlərin büdcəsini 40-65 milyon avro məbləğində dəyərləndirir.

Bununla bağlı qərar fevralın 1-dək qəbul ediləcək və müsbət nəticə əldə olunduğu halda Danimarka Qran-prisi 2020-ci ilin təqviminə daxil edilə bilər.

Togrul Allahverdili
İnterpress.az