İnterpress.az xəbər verir ki, BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin meneceri Ayan Ağalar akkreditasiya prosesi ilə bağlı jurnalistlərə ətraflı məlumat verib, onları maraqlnadıran sualları cavablandırıb. Həmçinin builki çempionatda müşahidə olunacaq yeniliklərdən məlumat verilib.
Qeyd olunub ki, ötən ilin dekabrın ayının 20-dən start verilən akkreditasiya prosesisə bu vaxta qədər 18 yerli KİV müraciət edib. Yerli telekanallardan hələ ki, müraciət daxil olmayıb. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi 31 yanvar 2018-ci il, saat 17:00-dək davam edəcək. Göstərilən müddətə kimi jurnalistlər akreditasiyadan keçməlidirlər. Əks təqdirdə onların 2018 Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaqdan məhrum olacaqlar.
A.Ağalar bildirib ki, akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.
Seminarın sonunda 13-14 dekabr 2017-ci il tarixlərində baş tutmuş “Sürətin nəbzini tut-2” adlı praktiki təlimin iştirakçılarına sertifikatlar təqdim olunub. Sertifikat alanlar arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da olub.
Toğrul Allahverdili
İnterpress.az