İnterpress.az xəbər verir ki, BŞH-ninMarketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrinin akkreditasiyadan keçmə vaxtının bitməsi ilə bağlı xəbərdarlıq edib:
\”Hörmətli media nümayəndələri, nəzərinizə çatdırmaq istəyirəm ki, F1 Azərbaycan Qran Prisinə akkreditasiya almaq üçün 31 Yanvar tarixinə qədər qeydiyyatdan keçməlisiniz. Bu tarixdən sonra qeydiyyat bağlanacaq və biz artıq müraciətləri qəbul etməyəcəyik\”
Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində üçüncü dəfə ölkəmizdə Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.
Toğrul Allahverdili
İnterpress.az