Avropada elektrik enerjisinin kütləvi kəsilməsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Publico” məlumat yayıb.
İspaniya, Portuqaliya, Fransa və Belçika sakinləri şəbəkənin olmamasından şikayətlənirlər.
Yerli mətbuatın məlumatına görə, Portuqaliyanın Lissabon, Alqarve və Koimbra, İspaniyanın Madrid və Barselona, Fransanın Burqundiya bölgəsinin sakinləri elektrik enerjisinin kəsilməsi və internet problemi barədə məlumat veriblər.
Nəşrin yazdığına görə, Lissabonda metro işləmir, Hollandiya və Belçikada da elektrik enerjisinin kəsilməsi xəbərləri var.
Madridin Barajas hava limanı fəaliyyət göstərmir. Kütləvi elektrik kəsilməsinin səbəbləri hələlik açıqlanmır.
Xuraman Etibarlı
İnterpress.az