Dağıstanda ekskursiya zamanı qayıq qayaya ÇIRPILDI – Ölən və yaralananlar varbackend

Dağıstanda ekskursiya zamanı qayıq qayaya ÇIRPILDI – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda ekskursiya zamanı qayıq qayaya çırpılıb. Bir turist ölüb, daha 4 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

KİV-in məlumatına görə, turistlər Sulak Kanyonu boyunca aparılıb. Bir anda sürücü idarəetməni itirib və gəmi qayaya çırpılıb, sonra isə aşıb.

Sərnişinlərdən biri 32 yaşlı Alina dünyasını dəyişib. Daha 4 nəfər isə sınıqlar da daxil olmaqla xəsarət alıb.

Qayıqda ümumilikdə 8 nəfər olub.

Xuraman Etibarlı

İnterpress.az