Sankt-Peterburqda çıxış edən Kirkorovun gödəkçəsi yanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Sankt-Peterburqda “Oktyabrski” konsert zalında baş tutan şou zamanı müğənni Filipp Kirkorov sözün əsl mənasında səhnədə alovlanıb.
O, arxadan möhtəşəm şəkildə yanan atəşfəşanlıqda əllərini yandırıb.
Musiqiçi döşəmədən bir neçə metr yuxarıya qaldırılıb, bundan sonra onun arxasında atəşfəşanlıq olub.
Əvvəlcə hər şey plana uyğun gedib, lakin sonra Kirkorov qışqıraraq hərəkət etməyə başlayıb “ay, yandım” deyib.
Nəhayət atəşfəşanlıq qurtarıb.
Bundan sonra özünü yandırdığını deyən ifaçını tamaşaçılar alqışlamağa başlayıb.
Xuraman Etibarlı
İnterpress.az