Qılıncoynatma üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı İsveçrənin qılıncoynatma komandasının üzvləri İsrail komandasına arxa çeviriblər.
İnterpress.az xəbər verir ki, bu barədə İsveçrə mediası məlumat yayıb.
İsveçrənin qılıncoynatma komandasının oyunçuları İsrailin Qəzza zolağında davam edən soyqırımına etiraz olaraq, şənbə günü Estoniyanın paytaxtı Tallinndə keçirilən 23 yaşadək qızlar arasında Avropa Qılıncoynatma Çempionatının medal mərasimi zamanı İsrail komandasına arxa çeviriblər.
Xuraman Etibarlı
İnterpress.az