Hindistan bütün Pakistan vətəndaşlarının ölkədən çıxarıldığını, vizalarının ləğv edildiyini və ölkə ilə sərhədinin bağlandığını elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə “India Times” məlumat yayıb.
Hindistan hakimiyyəti bu qərarı Kəşmirdəki terror aktına cavab olaraq qəbul edib. xəbər verir ki, dünən orada əksəriyyəti turist olan 28 nəfər ölüb.
Hindistan İslamabaddakı səfirliyindən bütün diplomatlarını geri çağırır.
Pakistanın Yeni Dehlidəki səfirliyinin əməkdaşlarına Hindistanı tərk etmək üçün bir həftə vaxt verilib.
Xuraman Etibarlı
İnterpress.az