Türkiyəli alimlərdən İLK: Ağciyər xərçəngini səslə aşkar etməyi öyrəndilərbackend

Türkiyəli alimlərdən İLK: Ağciyər xərçəngini səslə aşkar etməyi öyrəndilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli alimlər ağciyər xərçəngini səslə aşkar etməyi öyrəniblər.

İnterpress.az xəbər verir ki, bir qrup alim süni intellektdən istifadə edərək nitqin gizli xüsusiyyətlərini təhlil edərək ağciyər xərçənginin erkən diaqnozu üçün yeni üsul hazırlayıb.

Nailiyyəti Antalyada keçirilən Türk Torakal Dərnəyinin Konqresində Ankara Universitetinin Tibb Fakültəsi Sinə Cərrahiyyəsi kafedrasından Dr. Yusuf Kahya açıqlayıb.

Onun sözlərinə görə, metodun dəqiqliyi təxminən 90% təşkil edib ki, bu da xəstəliyin erkən aşkarlanması üçün effektiv vasitənin yaradılmasına ümid verir.

Tədqiqat Dr. Haydar Ankışhan rəhbərliyində Dr. Haluk Ulucanlar, İslam Akyurt, Kübra Alfan Kavak, Ulaş Bacı, Bülent Yenigün və Yusuf Kahya mtərəfində aparılıb.

Təcrübədə 50 sağlam könüllü və ağciyər xərçəngi olan 50 xəstənin nitq parametrləri müqayisə edilib.

Süni intellekt sistemi səsdə soyuqdəymə zamanı baş verən, lakin insan qulağı tərəfindən hiss olunmayan incə dəyişiklikləri təhlil edib.

Doktor Kahya vurğulayıb ki, gec diaqnoz problemi bütün dünyada ağciyər xərçəngindən yüksək ölüm hallarının əsas səbəbi olaraq qalır.

Onun sözlərinə görə, inkişaf etdirilən texnologiya nəticələri daha böyük nümunələrdə təsdiqlənərsə, xəstəliklərin qeyri-invaziv diaqnostikasında yeni istiqamətə çevrilə bilər.

O qeyd edib ki, süni intellekt artıq tibbdə mürəkkəb diaqnostik problemlərin həlli üçün geniş istifadə olunur.

Yüksək dəqiqlik faizinə baxmayaraq, alimlər metodun hələ də tədqiqat mərhələsində olduğunu və klinik istifadəyə hazır olmadığını vurğulayırlar.

Böyük xəstə qruplarında uğurla təsdiq olunarsa, yeni texnologiya gələcəkdə standart skrininq proqramlarının bir hissəsinə çevrilə bilər

Xuraman Etibarlı

İnterpress.az