İsrail rəhbərliyi Qəzza zolağına humanitar yardımın bərpasını müzakirə edir.
İnterpress.az xəbər verir ki, bu bvarədə “The Wall Street Journal” yazır. İsrail rəhbərliyi anklavda son dərəcə ağır humanitar vəziyyətlə əlaqədar Qəzza zolağına humanitar yardımın bərpasını müzakirə edir.
Bu məsələ bir neçə həftədir müzakirə olunur, İsrail rəsmiləri HƏMAS-ı gücləndirmədən tədarükün əraziyə qaytarılmasının ən yaxşı yolunu müzakirə edirlər.
Martın 2-də İsrail baş nazirinin ofisi girov müqaviləsinin birinci mərhələsinin başa çatması və HƏMAS-ın danışıqları davam etdirməkdən imtina etməsi səbəbindən Qəzza zolağına bütün idxalın dayandırıldığını elan edib.
Xuraman Etibarlı
İnterpress.az