Milli Məclisin deputatı Fəzail İbrahimli Masallı şəhərində növbəti vətəndaş qəbulu keçirib.
Görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb. F.İbrahimli vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, çətinlikləri ilə maraqlanıb.
Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləciyi seçicilərin diqqətinə çatdırılıb. Vətəndaşların qaldırdıqları bir sıra məsələlər isə yerində həll edilib.
F.İbrahimli vətəndaşların müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə bu cür görüşlərin davam etdiriləcəyini vurğulayıb.