İsrailin hücumları nəticəsində 15 nəfər HƏLAK OLUB – VİDEO/YENİLƏNİBbackend

İsrailin hücumları nəticəsində 15 nəfər HƏLAK OLUB – VİDEO/YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin hücumları nəticəsində uşaqlar həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, İsrailin Livanın paytaxtı Beyrutun cənub ətrafına “hədəflənmiş” hava hücumu nəticəsində beşi uşaq olmaqla 15 nəfər həlak olub.

Bir gün əvvəl BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Livanda sentyabrın 17 və 18-də peycer partladılması nəticəsində iki uşağın öldüyünü təsdiqləyib: biri 8 yaşlı qız və 11 yaşlı oğlan.

***

 17:19

İsrail təyyarələri Livan paytaxtının cənub ətrafına hücumlardan sonra Beyrut səmasında dövrə vurmağa davam edir.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bu arada istifadəçilər sosial mediada İsrailin hücumundan sonra görünənləri yazır.

Mətbuat xidməti Beyrutun kənarında hədəfə alınmış hava hücumu barədə məlumat yayıb.

İsrailin Teleqram kanallarının məlumatına görə, F-35 qırıcıları Livanın paytaxtında bir binaya hücum edib.

Xuraman Etibarlı

İnterpress.az