İraqda İŞİD-in ən təhlükəli liderlərindən biri MƏHV EDİLDİ – FOTObackend

İraqda İŞİD-in ən təhlükəli liderlərindən biri MƏHV EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda İŞİD-in ən təhlükəli liderlərindən biri məhv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İraqın “Shafaq News” xəbər agentliyi İraqın əməliyyat komandanlığına istinadən məlumat yayıb.

İraq Hərbi Hava Qüvvələri ölkənin şimalındakı Kərkük vilayətində təşkilatın ən təhlükəli liderlərindən biri, “Əbu Xəttab” ləqəbli Ömər Salah Nimah da daxil olmaqla 6 İŞİD yaraqlısını məhv edib.

Qeyd olunur ki, F-16 qırıcıları adıçəkilən əyalətdə İŞİD hədəflərinə üç raket hücumu həyata keçirib.

Xuraman Etibarlı

İnterpress.az