“EasyJet” reysi ilə uçan sərnişinlər salonda elektron siqaret paketi partladıqdan sonra təxliyə edilib.
İnterpress.az xəbər verir ki, Livan fəlakəti fonunda partlayan “veyp” təyyarədə çaxnaşmaya səbəb olub.
“İraklion-London reysi ilə uçan “EasyJet” reysi ilə uçan sərnişinlər, səyahətçilərin əl yüklərindən birində elektron siqaret paketi partladıqdan sonra təcili çıxışlar vasitəsilə təxliyə edilməli olub.
Şahidlərin sözlərinə görə, İrakliondan havaya qalxmazdan əvvəl Airbus A321-in salonu “pırıltı səsləri” və daha sonra qatı qara tüstü ilə dolub.
Bundan sonra salonda çaxnaşma yaranıb, çünki bəziləri göyərtədə bomba olduğunu düşünüblər.
Aviaşirkət nümayəndələri bildiriblər ki, insidentə səbəb sərnişinlərdən birinin əl baqajında powerbank ilə birlikdə olan elektron siqaretlər olub.
Ekipaj üzvləri 236 sərnişinin hamısını təyyarədən pilləkənlərdən endirərək təxliyə ediblər”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az