İsrailin Beyruta hücumunun hədəfi məlum olub.
İnterpress.az xəbər verir ki, bu barədə Livan KİV məlumat yayıb. Məlumata görə, Beyrutdakı hava hücumunun hədəfi “Hizbullah”ın yüksək rütbəli komandirlərindən olan İbrahim Akil olub.
Onun adı 1983-cü ildə Beyrutdakı ABŞ səfirliyinə hücumla bağlıdır. Akil ABŞ tərəfindən axtarışa verilib.
Xuraman Etibarlı
İnterpress.az