Livanda partlayış qorxusu ilə elektron cihazlar kütləvi SÖNDÜRÜLDÜbackend

Livanda partlayış qorxusu ilə elektron cihazlar kütləvi SÖNDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan sakinləri peycer partlayışları fonunda daha çox partlayış qorxusu ilə elektron cihazları söndürüblər.

İnterpress.az xəbər verir ki, Bu barədə Amerikanın “The New York Times” qəzeti yazıb.

Livan sakinləri iki gün ərzində peycerlərin və digər rabitə vasitələrinin partlamasından sonra gündəlik həyatda istifadə etdikləri cihazlarından şübhələnməyə başlayıblar. Livanlılar öz smartfonlarından “uzaqlaşmağa” başlayıblar.

“Bəziləri cihazlarını tez söndürüblər. Digərləri evlərinə enerji verən invertorları və günəş sistemlərini söndürüblər. Çoxları mobil telefonlarını uzaqda saxlayıb, zənglərə cavab verməkdən imtina edib. Uşaq monitorları, televizorlar, noutbuklar – Livan sakinləri bütün bunlara şübhə ilə baxırlar”, – nəşr yazır.

Qəzetin yazdığına görə, Livan cəmiyyətində partlayışlardan sonra “artan narahatlıq” var.

Bundan əlavə, vəziyyəti “İsraillə genişmiqyaslı müharibə qorxusu” daha da gərginləşdirir.

Xuraman Etibarlı

İnterpress.az