Almaniya İsrailə silah ixracına qadağa qoyulması ilə bağlı xəbərləri TƏKZİB ETDİbackend

Almaniya İsrailə silah ixracına qadağa qoyulması ilə bağlı xəbərləri TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya İsrailə silah ixracına qadağa qoyulması ilə bağlı xəbərləri təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi bildirib.

“İsrailə silah ixracına qadağa yoxdur və olmayacaq”, – o deyib.

Nazirliyin nümayəndəsi əlavə edib ki, hökumət humanitar qanunları və İsraillə HƏMAS arasında mövcud vəziyyəti nəzərə alaraq, silah ixracı ilə bağlı qərarlar verir.

Xatırladaq ki, sentyabrın 18-də “Reuters” İqtisadiyyat Nazirliyinə yaxın mənbəyə istinadən xəbər verib ki, Almaniya İsrailə yeni silah ixracını dayandırıb.

Xuraman Etibarlı

İnterpress.az