İraqdakı iranpərəst qrup “Hizbullah”a 100.000 döyüşçü GÖNDƏRƏCƏKbackend

İraqdakı iranpərəst qrup “Hizbullah”a 100.000 döyüşçü GÖNDƏRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilərin ardınca İraqdakı iranpərəst qrup da “Hizbullah”a 100.000 döyüşçü göndərməyə hazır olduğunu açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İraq şiə qruplaşmasının baş katibi Kətaib Seyid əl-Şühəda Əl-Valai yazıb.

“Biz başlanğıc xəttindəyik və silahlarımızı qaldırmaq üçün siqnalınızı gözləyirik… Əgər min şəhid versəniz, sizə 100.000 qəhrəman verəcəyik”, – o, son günlər Livanda rabitə avadanlığının partlaması fonunda “Hizbullah” lideri Nəsrullaha mesaj göndərib.

O əlavə edib ki, qruplaşma “Hizbullah”a silah və pulla da dəstək verməyə hazırdır.

Xuraman Etibarlı

İnterpress.az