Livanda peycerlərin partladılması əməliyyatı 15 ildir PLANLAŞDIRILIB – FOTObackend

Livanda peycerlərin partladılması əməliyyatı 15 ildir PLANLAŞDIRILIB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan ərazisində peycerlərin partladılması əməliyyatı 15 ildir ki, planlaşdırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail ən azı son 15 ildir ki, peycer partlamasını planlaşdırır.

ABŞ kəşfiyyatındakı mənbənin bildirdiyinə görə, MKİ çoxdan bu taktikaya əl atmaq istəməyib, çünki günahsız mülki vətəndaşlar üçün risk çox yüksəkdir.

Əməliyyatın hazırlanmasında İsrail kəşfiyyatçıları ilə əlaqəli qondarma şirkətlər iştirak edib. Onlar peycerlərin əsl istehsalçısı üçün “pərdə” rolunu oynayıblar. Peycerlərin istehsalı üçün müqavilə imzalayan Macarıstanın BAC Consulting şirkəti isə heç bir açıqlama verməyib.

Macarıstan hökumətinin nümayəndəsi hətta bildirib ki, ölkədə heç vaxt peycerlər olmayıb və şirkət “Macarıstanda heç bir istehsal və ya əməliyyat yeri olmayan sahələr”dən başqa bir şey deyil.

Xuraman Etibarlı

İnterpress.az