Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu”nun iştirakçılarını qəbul edib.
İnterpress.az xəbər verir ki, səmimi keçən söhbət zamanı Forumun mahiyyətindən söz açılıb.
Forumun Qərbi azərbaycanlıların hüquqları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində böyük töhfələr verəcəyi bildirilib.
Səfir “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu”nun iştirakçılarına öz təşəkkürünü çatdırıb və Forumun işində uğurlar arzulayıb.
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili, Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin əməkdaşı Ramel Lətifov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı
direktorunun müavini Orxan Ərəbov, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev və KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Qarabağ qazisi-jurnalist Nahid Canbaxışlı iştirak ediblər.
Qeyd edək ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu” keçirilib. Forum Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun dəstəyilə baş tutub.