Qızıldan hazırlanmış tualet 10 milyon dollardan hərraca çıxarılır.
İnterpress.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.
İtalyan rəssam Mauritsio Kattelanın “America” adlı tam qızıl tualetini satışa təqdim edir. Başlanğıc qiymət istifadə olunan 101.2 kq qızılın dəyərinə uyğundur.
Tualet funksionaldır və 2019-cu ildə Blenheim Sarayından oğurlanan versiyanın analoqudur. Həmin əsər tapılmayıb.
Noyabrın 18-dən etibarən tualet Nyu-Yorkda nümayiş etdiriləcək.
Xuraman Etibarlı
İnterpress.az






