1300 ədəd veyp cihazı analiz edilib, nikotin, spirt, kannabinoidlər və fekal bakteriaları tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tədqiqatçılar 1300 ədəd veyp cihazlarını nümunə kimi yoxlayıb.
Bir çox nümunədə nikotin, etanol və kannabinoidlər müəyyən edilib.
Eyni zamanda cihazlarda fekal çirklənmə təzahürləri aşkarlanıb.
Mütəxəssislər bildirir ki, hər bir çəkimlə ağciyərlərə və qan dövranına bakteriyalar və mikroorqanizmlər daxil olur. Bu, iltihab, erkən qocalma və ciddi sağlamlıq fəsadlarına yol aça bilər.
Tədqiqatda veyp istifadəçilərinin fizioloji yaşı orta hesabla real yaşdan 10 il çox olduğu göstərilib.
Xuraman Etibarlı
İnterpress.az






