İran Telegram-la danışıqlara başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İran hakimiyyəti Telegram messencerinin fəaliyyətini bərpa etmək məqsədilə danışıqlara başlayıb.
Agentliyin məlumatına görə, əgər Yüksək Virtual Məkan Şurasının qərarında göstərilən bütün şərtlər yerinə yetirilərsə, ölkədə messencer üzərindəki bütün məhdudiyyətlər götürüləcək.
Xuraman Etibarlı
İnterpress.az






