Gürcüstanın Avropa İttifaqına (Aİ) münasibətindəki siyasəti dəyişməz qalır.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.
O deyib ki, ölkənin Avropa İttifaqına (Aİ) münasibətindəki siyasəti dəyişməz olaraq qalır.
“Əgər Aİ daha pragmatik siyasətə keçsə, bu, çox yaxşı olar. Əks halda, biz indiyə qədər izlədiyimiz xətt üzrə hərəkət etməyə davam edəcəyik.
Biz 2030-cu ili gözləyirik və ümid edirik ki, həmin vaxta qədər Avropa bürokratiyasında yanaşmalar dəyişəcək”, – Kobaxidze bildirib.
Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski isə açıqlayıb ki, 4 noyabrda Gürcüstanla bağlı genişlənmə hesabatı dərc olunacaq.
Xatırladaq ki, 28 noyabr 2024-cü ildə İrakli Kobaxidze Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər gündəmdən çıxarıldığını bəyan etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






