Çin siçanları KOSMOSA GÖNDƏRDİbackend

Çin siçanları KOSMOSA GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin son kosmik missiyasına astronavtları və siçanları göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Şencou-21 missiyası çərçivəsində iki erkək və iki dişi siçan Tiangong stansiyasına çatdırılıb. Onlar çəkisizlik və qapalı mühitin davranışa təsirini öyrənmək üçün müşahidə olunacaq.

Siçanlar 60 gündən çox seçmə və hazırlıq prosesindən keçib.

Onlar 5–7 gün qalandan sonra, Şencou-20 ilə Yerə qayıdacağı bildirilib.

Eyni uçuşda üç Çin astronavtı da stansiyaya göndərilib — Əvvəl Şencou-15 missiyasında iştirak etmiş komandir Can Lu, həmçinin ilk uçuşuna çıxan ən gənc Çin astronavtı mühəndis Vu Fey və tədqiqatçı Can Honcan.

Xuraman Etibarlı

İnterpress.az