Hindistan Rusiyadan neft alışını bərpa edib.
İnterpress.az xəbər verir ki, “Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, Hindistan Rusiyadan neft alışını yenidən başlayıb.
Ölkənin ən iri neft emalı şirkəti Indian Oil Corp sanksiyalara məruz qalmayan tədarükçülərdən beş partiya Rusiya nefti alıb. Bu neftin dekabr ayında çatdırılması planlaşdırılır.
Mənbələr satıcıların adını açıqlamayıb. Şirkətin maliyyə şöbəsinin rəhbəri bildirib ki, əgər hasilat həcmləri mövcud sanksiya tələblərinə uyğun olarsa, Indian Oil Corp Rusiya neftini almaqda davam edəcək.
Xatırladaq ki, bundan əvvəl şirkət ABŞ prezidenti Donald Trampın yeni sanksiyaları elan etməsindən sonra “Rosneft” və “Lukoyl”un törəmə şirkətləri vasitəsilə həyata keçirilən 7-8 partiya neft tədarükünü ləğv etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






