TÜRKOFOBİYA: Fransanın iç üzünün ən iyrənc portreti – ŞƏRHbackend

TÜRKOFOBİYA: Fransanın iç üzünün ən iyrənc portreti – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi və mədəni münaqişələr tarixi ilə tanınan Fransa bir daha qərəz və türkofobiya nümayiş etdirib.

Paris Olimpiadasında Azərbaycan və Qazaxıstanın qalib idmançılarına, xüsusilə cüdoçular Hidayət Heydərov və Eldos Smetova öz ölkələrinin bayraqlarını nümayiş etdirməyə icazə verilməyib.

ABŞ və Yaponiya kimi digər ölkələrin bayraqlarının sərbəst şəkildə nümayiş etdirilməsinə isə göz yumulub.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb.

O bildirib ki, Türk-Azərbaycan nifrətinin idmana sirayət etməsinin bu vaxta qədər şahidi olmamışdıq.

“Fransanın Azərbaycana və Türkiyəyə qarşı münasibəti çoxdan məlum idi. Biz həm Ermənistan-Fransa münasibətlərində və həm də bizimlə olan digər siyasi addımlarda bunu müşahidə edirdik.

Türk-Azərbaycan nifrətinin idmana da sirayət etməsinin bu vaxta qədər şahidi olmamışdıq. Düşünürdük ki, Fransız siyasətçiləri öz nifrətlərini idmana daşıyacaq qədər qəddar deyillər. Amma əslində onları idman vasitəsi ilə sınamaq imkanımız olmamışdı. Bu fürsət bizim əlimizə hazırda Fransada keçirilən Olimpiya oyunları zamanı düşdü.

Biz siyasətdə, beynəlxalq təşkilatlarda özümüzə qarşı olan ikili standartların Fransa tərəfindən təşkil olunan Olimpiya oyunlarına qədər gəlib çatdığının şahidi olduq”, – siyasi şərhçi vurğulayıb.

Ə.İbrahimov onu da qeyd edib ki, bu, Fransanın iç üzünün ən iyrənc portretidir.

“Bu, insanlıq deyil, bu, Fransanın iç üzünün açılıb görünən ən iyrənc portretidir. Siyasəti idmana daşımaq, idman oyunlarından siyasi ambisiyalarını büruzə verməkdə istifadə etməyi yalnız iki xalq bacarar – Fransa və Ermənistan xalqı.

Biz bu hadisənin artıq şahidi olmuşuq. Erməni hakimiyyət orqanlarının gözü qarşısında mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağı yandırılanda düşünürdük ki, bu barbarlıq yalnız ermənilərə xas ola bilər. Amma dünən müşahidə etdiyimiz səhnə ermənilərin barbarlıqda və ikiüzlülülkdə tək olmadığını sübut etdir.

Onlar həqiqətən tək deyillər və eyni vəhşiliyi, faşistliyi, qəddarlığı etməyə və bir-birilərinə qaniçənliyi öyrətməyi yaxşı bacarırlar. Azərbaycan və Qazaxıstan idmançılarının əlindən bayrağı məhz elə türk olduqlarına görə almaq, onların sevinclərini yarımçıq qoymaq, digər millətlərə isə “gözün üstündə qaşın var” deməmək elə məhz barbarlıqdır, vəhşilikdir.

Bu vəhşilik elə Fransa xalqının tarixinə ləkə kimi düşəcək, Olimpiya səhifələrinin ləkəsinə çevriləcək”, – politoloq fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az