Fransadan türk dövlətlərinə qarşı QƏRƏZ: Qalib idmançılara öz bayraqlarını qaldırmağa İCAZƏ VERİLMƏDİ – VİDEObackend

Fransadan türk dövlətlərinə qarşı QƏRƏZ: Qalib idmançılara öz bayraqlarını qaldırmağa İCAZƏ VERİLMƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa türk dövlətlərinə qarşı ikili standartlar siyasəti yürüdür.

interpress.az xəbər verir ki, Paris Olimpiadasında Azərbaycan və Qazaxıstanın qalib idmançılarına, xüsusilə cüdoçular Hidayət Heydərov və Eldos Smetova öz ölkələrinin bayraqlarını nümayiş etdirməyə icazə verilməyib.

Kadrlarda ABŞ və Yaponiya kimi digər ölkələrin bayraqlarının sərbəst şəkildə nümayiş etdirildiyi görünür.

Siyasi münaqişələr tarixi ilə tanınan Fransa bir daha qərəz və türkofobiya nümayiş etdirib.

Olimpiada adətən birlik və beynəlxalq əməkdaşlığın simvoludur. Lakin burada siyasətçilər və təşkilatçılar siyasi və mədəni qərəzlərini ifadə etmək üçün bu cür tədbirlərdən istifadə edirlər.

Xuraman Etibarlı

İnterpress.az