Yaşlı koreyalı Seulda yaşayış binasını odsaçan ilə yandırıb, yanğında 10-dan çox adam ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Koreya mediası məlumat yayıb.
Yerli polisin məlumatına görə, 60 yaşlı koreyalı kişi bu gün səhər saatlarında Koreya paytaxtında 21 mərtəbəli binaya girərək, odsaçan qurğuya çevrilmiş pestisid çiləyicisindən istifadə edərək dördüncü mərtəbədə yanğın törədib.
Yanğından qaçarkən 3 nəfər pəncərədən yıxılaraq ölüb. Ümumilikdə 11 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır.
Yanğın törədənin özü də həmin binanın 4-cü mərtəbəsində ölü tapılıb. O, ana və qızı ilə vidalaşdığı və baş verənlərdən təəssüfləndiyini bildirdiyi vida qeydləri qoyub.
Xuraman Etibarlı
İnterpress.az