Mixail Xaçaturyan ölümündən sonra  3 qızına qarşı zorakılıqda TƏQSİRLİ BİLİNDİ – FOTObackend

Mixail Xaçaturyan ölümündən sonra 3 qızına qarşı zorakılıqda TƏQSİRLİ BİLİNDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə ölümündən sonra Mixail Xaçaturyanı üç qızına qarşı zorakılıqda təqsirli bilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Moskvanın Butırski Məhkəməsinin üç hakimdən ibarət kollegiyası 2018-ci ildə öldürülən Mixail Xaçaturyanı öz qızlarına qarşı cinsi zorakılıqda və qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilib.

Bundan əlavə, kollegiyanın qərarı Xaçaturyanın pornoqrafik materialların hazırlanması və yayılmasında təqsirli olduğunu müəyyən edib. İttihama görə, o, onları qızlarının dostuna göndərib.

Bacılar 2018-ci ildə törədilən atalarının qətli ilə bağlı səs-küylü iş üzrə hələ də istintaq altındadırlar.

Əvvəllər müayinələr Xaçaturyanın qızlarını dəfələrlə döydüyünü, hədələdiyini və zorladığını təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az